29 Oktyabr, 2014
"Təzyiq altında oynadıq" - Oğuz Çətin

“Qələbəyə görə şadam. Biz bu gün ən çətin oyunlarımızdan birini keçirdik. Gənc, mübarizə aparan, yaxşı hazırlanmış komandaya qarşı oynadıq".

Simsar.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Oğuz Çətin Premyer Liqanın 10-cu turunda qalib gəldikləri "Sumqayıt"la oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis komandasının matçın sonlarına qədər təzyiq altında oynadığını bildirib: "Sumqayıt"ı təbrik etmək istəyirəm, yaxşı oynadılar. Bizim üstünlüyümüz odur ki, topla yaxşı davranırıq.

Bu gün eyni işləri həyata keçirə bilmədik. Mübarizə ön planda idi. Bundan məmnunam. Açığı, bu gün öz oyunumuzu sərgiləyə bilmədik. Biz topu özümüzdə yaxşı saxlaya bilmədiyimiz üçün rəqibin təzyiqi artırdı. Ona görə də son fitə qədər biz təzyiq altında çıxış etdik”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!