29 Oktyabr, 2014
İçməli suyun verilişində problemlər olacaq

Paytaxtın Əli bəy Hüseynzadə və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində 300 millimetr diametrli magistral su xətti üzərində su sərfölçəni quraşdırılacaq.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Sİmsar.az-a  bildiriblər ki, bununla əlaqədar oktyabrın 30-da gün ərzində Bülbül prospekti, S.Vurğun, C.Məmmədquluzadə və R.Rza küçələrinə içməli su məhdudiyyətlə veriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!