29 Oktyabr, 2014
"Doing Business-2015" - Azərbaycan ilk 20-likdə

Azərbaycan Dünya Bankının (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) illik "Doing Business-2015" reytinqində biznesin açılmasının sadəliyi üzrə "TOP 20"-yə daxil olub.

Simsar.az Trend-ə istinadən xəbər verir ki, hesabat çərşənbə günü "Doing Business"-in rəsmi saytında yerləşdirilib.

Bu göstərici üzrə Azərbaycan reytinqin əhatə etdiyi 189 ölkə arasında 12-ci yeri tutaraq Çin (128-ci yer), Avstriya (101-ci yer), Belçika (14-cü yer), Braziliya (167-ci yer), Xorvatiya (88-ci yer), Çexiya (110-cu yer) və digər bu kimi ölkələri qabaqlayıb.

Hesabatda deyilir: "Azərbaycan vergi uçotunun onlayn qeydiyyatına elektron imzaların alınması üçün vaxta qənaət edilməsi ilə biznesin açılması prosesini asanlaşdırıb".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!