28 Oktyabr, 2014
Millimiz ərəblərə uduzdu

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Simsar.az-ın məlumatına görə, rəqib BƏƏ yığması olub.

Oyun millimizin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Futbolçularımızdan Comərd Baxşəliyev və Ramil Əliyev fərqlənib.

Qeyd edək ki, oktyabrın 25-dən Dubayda təlim-məşq toplanışı keçən millimiz bundan sonra Rusiya Macarıstanla yoxlama oyunu keçirəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!