28 Oktyabr, 2014
YAP-ın namizədləri müəyyənləşdi

Yeni Azərbaycan Partiyası (YAP) 2014-cü ilin bələdiyyə seçkiləri ilə bağlı namizədlərinin sayını rəsmən elan edib.

YAP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiya seçkilərdə 15035 namizəd ilə iştirak edəcək.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq YAP səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilib. Növbəti seçki addımı bələdiyyələrə namizədlərin irəli sürülməsidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!