28 Oktyabr, 2014
Sahibkarlar üçün növbəti treninq

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən sahibkarların maarifləndirilməsi məqsədilə keçirilən tədbirlərin davamı olaraq növbəti treninq oktyabrın 28-də Tovuz rayonunda təşkil edilib.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-ın verilən məlumata görə, Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı və Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə 20-dən çox sahibkar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar iştirak ediblər.

Tovuz rayonunda üzümçülüyün inkişaf perspektivləri, biznes planların və investisiya layihələrinin hazırlanması, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər mövzularını əhatə edən treninqdə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülmüş işlər, kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, biznes planların hazırlanması, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə, həmçinin “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Ekoloji təmiz üzüm istehsalının təşkili və inkişafı məsələləri” mövzularında təqdimatlar keçirilib, iştirakçılara metodiki vəsaitlər paylanıb və onları maraqlandıran suallar cavablandırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!