28 Oktyabr, 2014
Səbr edən Sabri yenidən heyətdə

Bir günlük istirahətdən sonra bu gün “Qalatasaray”lı oyunçular “Kasımpaşa” oyunununun hazılığına başlayıblar.

Simsar.az xəbər verir ki, Sabri Sarıoğlu da uzun müddətdən sonra komanda yoldaşları ilə birlikdə məşqə çıxıb.

Qeyd edək ki, uzun müddətdir heyyətdən uzaqlaşdırılan “Qalatasaray”ın və Türkiyə Millisinin sağ cinah müdafiəçisi Sabri Sarıoğlu rəhbərlik dəyişikliyindən sonra kluba geri qaytarılıb.

Simsar.az xəbər verir ki, təxminən 3 aydan çoxdur komandadan kənarlaşdırılan Sabri, yeni heyətdəki əsas fiqurlardan Əbdürrəhim Albayrağın istəyi ilə heyətə geri dönüb.

Çezare Prandellinin baş məşqçi kimi gətilməsindən sonra klubdan uzaqlaşdırılan təcrübəli futbolçunun geri dönməsinə, italiyalı futbol mütəxəssisi də etiraz etməyib.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!