28 Oktyabr, 2014
Yaşını gizlədən müğənninin özəl bayramı - FOTOLAR

Simsar.az xəbər verir ki,  populyar estrada müğənnisi Sevinc Ağaşirinova 27 oktyabrda gününü təmtəraqlı şəkildə qeyd edib.

Yaşını gizlədən Sevinc özəl bayramında "Dostlar qrupu"nun solisti Əhməd Mustafayevin müəllifi olduğu "Sevəcəm" mahnısına çəkdirdiyi klipinə də təqdimat keçirib.

Dj Çinanın aparıcılığı ilə yadda qalan gecəyə başda ölkənin əsas prodüseri Tolik olmaqla, onun həmkarları Kənan Bayramov, Təranə Səmədova, müğənnilər - Sevda Yahyayeva, Elçin Cəfərov, Xatun, Roza Zərgərli, Ayaz Qasımov, Səlim Abbasov, Elçin Hüseynov, Sevinc-Sevil bacıları, rəqqasə Fatimə Fətəliyeva, "Dostlar qrupu"nun üzvləri, teleaparıcılar - Samir Bayramlı, Afaq Gəncəli, Nərgiz Vahabqızı, radio dj Kazım və başqaları öz gəlişləri ilə rəng qatıblar.

Məşhur qonaqlar da Sevincin neçə yaşının tamam olması ilə  maraqlanmadılar.

Rejissor Raidin ekranlaşdırdığı klip sabah səhərdən etibarən YouTube-da yerləşdiriləcək.

Şahin Cavadsoy

Simsar.Az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!