14 Aprel, 2011
Azərbaycan səfiri Belarusun Rusiyadakı səfirliyini ziyarət edib

Polad Bülbüloğlu Belarusun Rusiyadakı səfirliyində olub

Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Belarusun Rusiyadakı səfirliyində olub. APA-nın Moskva müxbirinin məlumatına görə, səfir aprelin 11-də Belarusun paytaxtı Minskdə metronun “Oktyabrskaya” stansiyasında baş verən terror aktının qurbanlarına həsr xatirə lövhəsi önünə gül dəstələri qoyub.
Daha sonra səfir xatirə kitabına qeydlərini yazıb, başsağlığını çatdırıb. P. Bülbüloğlu, həmçinin Azərbaycan xalqı adından Belarusun Rusiyadakı səfiri Vasili Dolqolevə dərin hüznlə verib. O, Azərbaycan xalqının dost Belarus xalqı ilə bu faciəni birgə yaşadığını bildirib.
V. Dolqolev mənəvi dəstəyə görə Azərbaycan xalqına və səfir P. Bülbüloğluna minnətdarlığını çatdırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!