27 Oktyabr, 2014
İŞİD-in önəmli adamı öldürüldü

İŞİD terror qruplaşmasının ən önəmli adamların biri öldürülüb.

Simsar.az-ın məlumatına görə, İraq təhlükəsizlik qüvvələri ilə İŞİD silahlıları arasında Bakubanın 47 kilometr şərqində yerləşən Bizayz Serum qəsəbəsində şiddətli döyüş olub.

Döyüş zamanı İŞİD arasında "Bombaların Atası" və "Bomba Mühəndisi" ləqəbiylə tanınan Əbu Yəhya Bağdadi öldürülüb. İraqın təhlükəsizlik qüvvələrindən verilən açıqlamada bildirilir ki, təhlükəli terrorçu xüsusi təyinatlılar tərəfindən məhv edilib.

Qeyd edək ki, Əbu Yəhya Bağdadinin İŞİD üzvlərinə bomba hazırlamaq və kamikadzelik etmək öyrətdiyi bildirilir. İraqda təşkil olunan bir çox bombalı hücumun arxasında məhz Əbu Yəhya Bağdadinin dayandığı da yayılan məlumatlar sırasındadır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!