27 Oktyabr, 2014
"İnternet vergisi" hiddətə səbəb oldu

Macarıstanın paytaxtı Budapeştdə minlərlə sakin hökümətin internet vergisi planlarına qarşı kütləvi etiraz aksiyası keçirib.

Simsar.az-ın məlumatına görə, beynəlxalq şəbəkədən istifadəyə görə vergi tətbiq olunmasından narazı olan kütlə etiraz jesti olaraq mobil telefonları əllərində havaya qaldırıb, bəzi etirazçılar köhnəlmiş kompyuter avadanlıqlarını hakim Fideş partiyasının giriş qapılarına atıb.

Etirazçılar internet vergisinin yeridilməsi ilə bağlı qanunvericiliyin demokratiyaya zidd olduğunu və əsasən yoxsul təbəqəyə ziyan vuracağını bildirir. Baş nazir Viktor Orbanın höküməti tərəfindən hazırlanmış qanun layihəsinə görə, bundan sonra internet trafikinin hər qiqabaytına görə 0,6 dollar – yəni altmış sent vergi tutulacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!