27 Oktyabr, 2014
Poroşenko əsirləri geri qaytardı

Ukrayna prezidenti Pyotr Poroşenko əsir düşən separatçılardan 21 nəfərinin azad edildiyini bildirib.

Simsar.az-ın məlumatına görə, bu haqda Ukrayna lideri öz twitter hesabında bildirib.

"21 əsir azad edildi. Onların arasında hüquq müdafiəçisi Kudinov Aleksandr Qriqorieviç, 6 hərbiçi və 14 mülkü vətəndaş var", - deyə Poroşenko bildirib.

Daha əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərinin müşaviri Markiyan Lubkovski Kiyevin öz hərbçilərini yığma qoşun döyüşçülərinin 300-400 əsirinə dəyişməyə hazır olduğunu bildirmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!