27 Oktyabr, 2014
FİFA bu ölkəni cəzalandıracaq

FIFA Nigeriya Futbol Federasiyasını cəzalandıracaq.

Simsar.az-ın məlumatına görə, ali futbol qurumu Nigeriyanın üzvlüyünü dayandıra bilər. Belə ki, FIFA NFF-in prezident seçkilərini tanısa da, məhkəmə seçkilərin nəticələrini ləğv edib.

FIFA daha öncə Amayya Pinnikin qalib olduğu NFF prezident seçkilərini tanımışdı, lakin Cos şəhərinin Ali Məhkəməsi seçkiləri qanuni hesab etməyib.

Bu il FIFA NFF-nin üzvlüyünü iki dəfə dayandırıb. Bununla əlaqədar olaraq, ölkə hökuməti NFF-nin işinə növbəti dəfə müdaxilə edərsə, Federasiya 2015-ci ilin mayınadək cəzalandırıla bilər. Bu halda Nigeriya yığması 2015-ci il Afrika Millətlər Kubokunda iştirak edə bilməyəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!