27 Oktyabr, 2014
PKK 400 kilo partlayıcı ələ keçirdi

PKK terror təşkilatı 400 kiloqram partlayıcı yüklü maşını ələ keçirib.

Simsar.az-ın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada bildirilir ki, terrorçu təşkilat Silopidəki mədənlərin biri üçün göndərilən ammonium nitrat yüklü maşını qaçırıb. İçindəki partlayıcıları başqa bir maşına yükləyən terrorçular sürücünü sərbəst buraxıb.

 

Hadisədən dərhal sonra Türkiyə Silahlı Qüvvələri axtarışlara başlayıb. Bölgədə helikopterlər də axtarışlara cəlb olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!