27 Oktyabr, 2014
Zidan cəzalandırıldı

İspaniya Futbol Federiyasının İntizam Komitəsi "Real"ın ikinci komandası - "Kastilya"nın baş məşqçisi Zinəddin Zidanı cəzalandırıb.

Simsar.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna fransalı mütəxəssisin məşqçi lisenziyası olmadan Madrid klubunda işləməsi səbəb olub. Buna görə də onun üç ay müddətinə məşqçilik etməsinə qadağa qoyulub.

Qeyd edək ki, Z.Zidan bu ilin iyunundan "Kastilya"nı çalışdırır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!