27 Oktyabr, 2014
"Başımı yedilər" - Murad Arif - VİDEO + FOTOLAR

Simsar.az xəbər verir ki, Azərbaycan şou-biznesində çox istedadlı, sevimli sima kimi qəbul edilən  Murad Arif bu gün müğənni olaraq ilk klipini təqdim etdi.

Son vaxtlar az qala  toyların himninə çevrilmiş "Həyat yoldaşımsan" adlı mahnının müəllifi Muradın özüdür.

Fərhad Alinin ekranlaşdırdığı klipin təqdimatına bir çox  məşhurlar - Murad Dadaşov, Aygün Səmədzadə, Tünzalə Ağayeva, Ədalət Şükürov, Samir Cavadzadə, Lalə Məmmədova, Elnarə Təhməzova, Samir Bayramlı, Tural Əsədov,Təranə Səmədova, Arzu Umut, Fidan Hacıyeva, Könül Arif, Eldar Qasımov, Çingiz Mustafayev və başqaları təşrif buyurmuşdular.

Ulduzların əhatəsində şirinlik tortunu kəsən Murad,  zarafatından da qalmadı : "Ay camaat bu şou əhli tortun üstündə olan görüntümdən çox, başımı yedilər..."

Pozitiv enerjidən bol olan klipi oxucularımız üçün yayımlayırıq.

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!