27 Oktyabr, 2014
“Ebola.com” 200 min dollara satıldı

ABŞ-da “Ebola.com” internet domeni “Blue String Ventures” şirkəti tərəfindən 200 min dollara satılıb. Alıcı qismində marixuananın tibbi məqsədlər üçün istifadəsini təbliğ edən "Weed Growth Fund” şirkəti çıxış edib.

Simsar.az-ın məlumatına görə, “Blue String Ventures” şirkəti bu domeni 2008-ci ildə 13,5 min dollara satın alaraq ona 6 il ərzində sahib olub. Şirkət sahibi Con Şulsun sözlərinə görə, şirkət artıq bir neçə ildir internet layihələrinə investisiya qoyuluşlarında ixtisaslaşaraq sonradan onların satışı ilə məşğul olur.

“Ebola.com” domeninin qiymətinin artması Ebola virusunun yayılması ilə əlaqələndirilir. “C.Şulsun dediyinə görə, bu tendensiya fonunda “Ebola.com” domenində yerləşən sayt istifadəçilərinin gündəlik sayı 5 milyonadək artıb.

Şirkət sahibi – domen alıcısı Nyu-Meksiko ştatının keçmiş qubernatoru Harri Conson bildirib ki, o, hazırda marixuananın Ebolaya qarşı dərman vasitəsi olduğunu deyə bilməz. “Lakin biz güman edirik ki, bununla bağlı əlavə tədqiqatlar aparılmalıdır”, - o qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatının oktyabrın 25-nə olan məlumatına görə, virus qurbanlarının sayı 4 min 922 nəfərə çatıb.

Daha çox ölüm halları (4912 nəfər) Qərbi Afrikanın üç ölkəsində – Liberiya, Sierra Leone və Qvineyada qeydə alınıb. Bundan başqa, İspaniya, ABŞ və Malidə ölüm hallarına rast gəlinib,


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!