14 Aprel, 2011
Azərbaycan filmi "Kiş" Festivalında

“Mənim atam” adlı qısametrajlı bədii filmi İranda göstəriləcək

Mədəniyyət və Turizm Nazirliyinin gənc rejissorlar üçün keçirdiyi “Bu meydan - bu ekran” layihəsi çərçivəsində qalib olan, Elçin Musaoğlunun ssenarisi əsasında “Sinema Evi” prodüser şirkətində çəkilmiş “Mənim atam” adlı qısametrajlı bədii filmi İran İslam Respublikasında Kiş Beynəlxalq Film Festivalında iştirak ediəcək. “Ritm production” kino şirkətinin direktoru Xaqani Həşimovun Milli.Az xəbər portalına verdiyi məlumata görə, festival 24-28 aprel 2011-ci il tarixində keçiriləcək.

Filmin rejissoru Novruz Hikmət, operatoru Mətləb Yaquboğludur. Rollarda Rövşən Ağayev, Cavad Abbaslı, Oksana Rəsulova, Teymur Məmmədov çəkiliblər.

Qeyd edək ki, Elçin Musaoğlu həm də festivala beynəlxalq münsiflər heyətinin üzvü kimi dəvət olunub. O, festivalda iştirak edən filmləri izləmək və qaliblərin təyin olunmasında iştirak etmək üçün aprelin 23-də İrana yola düşəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!