27 Oktyabr, 2014
ŞOK! Evindən 150 qız meyiti çıxdı, həbs edilmədi

Rusiyanın Nijni Novqorod şəhərində yaşayan və evindən 150 qız meyidi aşkarlanan tarixçi haqqında məhkəmə qərarı verilib.

Simsar.az xəbər verir ki, məhkəmə tarixçi Anatoli Moskvinin ruhi vəziyyətinin həbsə əlerişli olmadığına, buna görə də ömrlük ruhi dispanserdə saxlanmasına qərar verib.

Məlumat üçün bildirək ki, tarixçi Anatoli Moskvin illərdir qəbirstanlıqlardan gizli çıxardığı 3-12 yaşlarındakı 150 qız meyidini mumyalayıb evində saxlayırmış.

Cəsədlərə paltarlar geyindirən və makyaj edən tarixçi, cəsədlər haqqında məlumatlar toplayıb sənədlər hazırlayıb.

Moskvin hətta cəsədlərə ad günü şənlikləri də keçirirmiş.

Ancaq onun evinə qonaq gələn anasının polisə məlumat verməsindən sonra həbs edilib.

Qeyd edək ki, tarixçi Moskvin 13 xarici dil bilirmiş və dahi kimi tanınırmış.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!