27 Oktyabr, 2014
Beyons Qurandan ayələr paylaşdı

Dünya şöhrətli müğənni Beyons müqəddəs kitab olan Qurandan paylaşım edib. Beyons İnstaqram səhifəsində "əl İnşirah" surəsindən (Əl-Şərh, Açma sürəsi) bir hissə paylaşıb.

Amerikalı tanınmış sənətçi “Əlbətdə hər çətinliyin yanında bir rahatlıq gəlir" və "Doğurdanda çətinliklə bərabər bir rahatlıqda var" ayələrini sosial şəbəkədəki səhifəsində yerləşdirib.

Əş-Şərh Qurani Kərimin 94-cü surəsidir. 8 ayədən ibarət surə Məkkədə nazil olub.

1-Məgər Biz sənin üçün köksünü açmadıqmı?

2-Yükünü səndən götürmədikmi?

3-(Onlar) belini bükürdü.

4-Biz adını sənə görə ucaltmadıqmı?

5-Sübhəsiz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (Asanlıq yalnız çətinliklə hasil olur)

6-Həqiqətəndə çətinliklə bərabər bir rahatlıqda var.(Buna görədə çətinliklərə səbrlə dözmək lazımdır)

7-(İşlərini) qurtaran kimi (Allah yolunda) çalış!

8-(Ancaq) Rəbbinə üz tut!

ANS PRESS

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!