27 Oktyabr, 2014
Son günlərin ən dəhşətli qətlinin qaranlıq MƏQAMLARI – İDDİA

Oktaybrın 23-də bacının bacını qətlə yetirməsi ilə bağlı baş verən hadisəyə dair yeni iddialar ortaya çıxıb.

Simsar.az-ın məlumatına görə, adının çəkilməsini istəməyən mənbə bildirib ki, baş verən hadisədə öldürülən qızın lezbian olması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Hadisənin baş verməsinə əsas səbəb bacıların pul üstündə dalaşması olub.

Evin böyük qızı Günel Nuriyeva balaca bacısı Pərvanə Nuriyevaya atasının pullarını “sağa-sola”, oğlan tanışlarına xərclədiyinə görə dəfələrlə xəbərdarlıq etsə də, Pərvanə buna məhəl qoymayıb.

Sonuncu xəbərdarlıqdan sonra isə bacılar arasında mübahisə düşüb.

Həmin gün qızların anası da onları yoluxmağa gəlibmiş və artıq geriyə, Şəkiyə qayıdırmış.

Hadisə baş verən vaxt qadın Bakıdakı avtovağzalda olub.

Qızlar dalaşdıqdan sonra Pərvanə böyük bacısına bıçaqla xəsarəti yetirib.

Günel Nuriyeva birinci bıçaq zərbəsindən sonra qaçaraq, telefonu götürüb və anasına zəng edib. Bu zaman qəzəbli P. Nuriyeva ona daha bir zərbə endirib.

Böyük bacısının israrla anasına zəng vurduğunu görən P.Nuriyeva G.Nuriyevanın boğazını kəsərək bacı qatilinə çevrilib.

Qeyd edək ki, Pərvanə Nuriyeva artıq tutularaq istintaqa cəlb olunub. Hadisə ilə bağlı isə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Simsar.az

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!