27 Oktyabr, 2014
Ailəsini də Suriyaya apardı – Qaxdan ŞOK xəbər - ÖZƏL

Azərbaycanda daha bir şəxsin ailəsini də götürərək Suriyaya getdiyi bildirilir.

Simsar.az-ın əldə etdiyi məlumata görə, Qax rayonu Zərnə kənd sakini 1971-ci il təvəllüdlü Abdulhəmid Zeynalabid oğlu Əliyev iki həftə əvvəl 4 nəfərdən ibarət ailə üzvlərini də götürərək, Suriyaya gedib.

Kənddən bildirilib ki, onun Suriyada gedən hərbi əməliyyatlarda “İraq Şam İslam Dövləti” adlı qruplaşmaya qoşulduğu deyilir.

Qeyd edək ki, hələ 2010-cu ilin aprelində Abdulhəmid Əliyevin  yaşadığı evdə hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbiri aparılıb.

Bu zaman A. Əliyevin yaşadığı evdən vəhhabiliyi təbliğ edən 33 ədəd müxtəlif adda dini kitab, 7 broşür və 4 ədəd audio disk aşkar edilərək götürülüb. A. Əliyev barəsində inzibatı qaydada tədbir görüldükdən sonra sərbəst buraxılıb.

Simsar.az

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!