14 Aprel, 2011
Vergi Məcəlləsində nə dəyişdiriləcək?

Nazir məlumat verib

Azərbaycan Vergilər Nazirliyi Vergilər Məcəlləsinə gözlənilən dəyişikliklərin layihəsini hazırlayıb.

Simsar.az -ın məlumatına görə, vergilər naziri Fazil Məmmədovun sözlərinə görə, bu dəfə dəyişikliklər dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq əsasən nağdsız hesablaşmaların stimullaşdırılması, eləcə də bəzi texniki məsələlər, o cümlədən elektron auditin tətbiqini əhatə edəcək. Eləcə də bu dəyişikliklərdə sahibkarlıqla məşğul olan fiziki şəxslərin qeydiyyatı ilə bağlı məsələlər əksini tapacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!