27 Oktyabr, 2014
Xoşqədəm Hidayətqızının rəsmi nikahı barəsində bilmədikləriniz- GECƏ ARAŞDIRMASI

Simsar.az xəbər verir ki, hamıdan gizli şəkildə tanınmış türkiyəli ulduz Doğuşla rəsmi nikaha daxil olan Xoşqədəm Hidayətqızı bütün şayiələrə öz verilişində son qoydu.

Əməkdaşımız gecə-gecə bəzi eksklüziv məlumatları əldə edib.

Evliliklərini təsdiq edən sənədi yaxın ətrafına sübut kimi göstərən Xoşqədəm, xoşbəxtliyini bundan sonra gizlətməmək qərarındadır.

Anası Nurheyat xanımla birlikdə hələ də paytaxtımızda olan Doğuşun İstanbula nə zaman dönəcəyi bəlli deyil.

Xoşqədəmə olan sevgisini dilə gətirmiş müğənni, Azərbaycanı ikinci vətəni hesab edir.

Məlumunuz olsun ki, X.Hidayətqızı özəl həyatını şoulaşdırılmaması naminə bundan sonra susmağa üstünlük verəcək.

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!