26 Oktyabr, 2014
İrana qarşı güzəştlər başladı

Böyük Britaniya İran İslam Respublikasının bir sıra banklarına və elmi mərkəzlərinə tətbiq etdiyi iqtisadi sanksiyaları aradan qaldırıb.

Simsar.az-ın  İRNA informasiya agentliyinə istinadən verdiyi məlumata görə, Avropa məhkəməsinin qərarından sonra Britaniya bu addımı atıb.

Beləliklə də, İranın “Moellim”, “Sina”,”Sorinet” banklarına, Tehranın “Şərif” texnologiya universitetinə və eyni adlı elmi mərkəzə qarşı tətbiq etdiyi sanksiyalara xitam verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!