26 Oktyabr, 2014
Ərdoğanın ABŞ-dan istəyi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fəthullah Gülənin qaytarılması ilə bağlı açıqlamar verib.

ANS PRESS-in məlumatına görə, jurnalistlər prezidentə Gülənin qaytarması ilə bağlı hansı problemlər olduğunu soruşublar. Ərdoğan isə bu suala cavabında "yaşıl kart"dan söhbət açıb.

Ərdoğan qeyd edib ki, ortada bir "yaşıl kart" məsələsi var. Bu kartın ağırlığını itirməsi məsələsi var. Bunu bizə səbəb göstərirlər:

"Bu barədə ABŞ nümayəndələrinə, nazirə, Kerriyə və ticarət nazirinə hər dəfə söyləyirik. Eyni zamanda, ABŞ təhlükəsizlik orqanları ilə də kəşfiyyat orqanlarımız arasında danışıqlar aparılır. Hələlik bu proses davam edir. Nəticəsi isə irəlidə ortaya çıxacaq".

Qeyd edək ki, "yaşıl kart" Amerika Birləşmiş Ştatlarına mühacirət etmək imkanı verən “Çeşidlilik” vizasıdır. Bu viza ABŞ-a mühacirət etmək və bu ölkənin daimi sakini olmaq imkanı verir.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!