26 Oktyabr, 2014
Bakı-Ələt yolunda yeni keçid

Bakı-Ələt yolunun 4-cü kilometrində (Bayıl dairəsi adlanan ərazidə) yeraltı piyada keçidinin tikintisi davam etdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, uzunluğu 100, eni 8, hündürlüyü isə 4 metr olacaq keçiddə artıq svay işləri başa çatdırılıb.

Hazırda döşəmə betonun tökülməsi və tunelin qazıntısı işləri gedir, kommunikasiya xətləri köçürülür.

Layihəyə əsasən 4 giriş-çıxışdan ibarət keçiddə eskalatorların quraşdırılması nəzərdə tutulub.

Tikinti işlərinin 2015-ci ilin birinci rübündə başa çatdırılması planlaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!