14 Aprel, 2011
İctimai Palata 17 aprel üçün meydanı dəyişir

Bakı Şəhər İcra Hakimiyyəti mənfi cavab versə...

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında İctimai Palatanın Mitinq Komitəsinin iclası keçirilib.

Bu barədə Simsar.az -a KXCP-dən məlumat verilib.

İclasda 17 aprel mitinqinə hazırlığı müzakirə edən Mitinq Komitəsi “Nərimanov” kinoteatrının qarşısındakı meydanın verilməsi ilə əlaqədar edilmiş müraciətə Bakı Şəhər İcra Hakimiyyətinin mənfi cavab verəcəyi halda, İctimai Palatanın təyin etdiyi mitinqin “Sahil” bağında saat 16.00-dan-18.00-dək dinc formada keçiriləcəyi qeyd edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!