25 Oktyabr, 2014
3 konsulluq köçürüldü

İstanbuldakı Kanada, Belçika və Almaniya konsulluqları terror təhlükəsi səbəbindən köçürülüb.

ANS PRESS-in məlumatına görə, konsulluqlara əli sarı tozdan ibarət bağlamalar göndərilib.

ABŞ konsulluğunun da həmin bağlamadan almasına baxmayaraq hələ ki, təxliyə olunmayıb.

Türkiyə mətbuatında yazılanlara görə, Kanada konsulluğundan paketlə əlaqəsi olan bir neçə nəfər ehtiyat tədbiri kimi xəstəxanaya yerləşdirilib.

Türkiyə hüquq-mühafizə orqanları standart prosedur çərçivəsində toz nümunələrini ekspertizaya göndərib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!