25 Oktyabr, 2014
Peşəkar oğru yaxalanıb

Şübhəli şəxs qismində saxlanılan Kəlbəcər rayon sakini Qurban Məhəmmədlinin, xeyli cinayət əməlləri olduğu müəyyən edilib.

Simsar.az xəbər verir ki, Tərtər RPŞ əməkdaşları tərəfindən Kəlbəcər rayon sakini Qurban Məhəmmədli şübhəli şəxs qismində saxlanılaraq RPŞ-yə aparılıb. Şöbədə onun üzərinə baxış zamanı 88 ədəd açar və 27 ədəd yaddaş kartı götürülüb.

Q.Məhəmmədlinin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun, cari ilin  aprel - iyul ayları ərzində Tərtər şəhər İcra Nümayəndəliyinin inzibati binasında yerləşən rayon qeydiyyat şöbəsinin işçisi Elşən Quliyevin xidməti otağından 80 manat, yaddaş kartı, rayon Peşə Məktəbinin direktoru Faiq Məmmədovun xidməti otağından 500 manat, Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin Tərtər rayon şöbəsinin işçisi Nazim Səfərovun xidməti otağından 330 manat və yaddaş kartı oğurlaması müəyyən edilib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!