25 Oktyabr, 2014
Məktəblər qışa necə hazırlaşır?

“Ölkənin ümumtəhsil məktəblərində qışa hazırlıq işləri davam etdirilir”. Bu barədə  Simsar.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

“Məktəblərdə qışa hazırlıq hazırda başa çatmaq üzrədir. Bununla bağlı işlər yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək”.

Xatirladaq ki, ötən il ökə daxilində 1656 məktəb istilik sistemi ilə təmin olunmuş,  310 məktəb elektrik sobalarından, 469 məktəb mavi yanacaqdan, 386 məktəb duru yanacaqdan, 1680 məktəb isə odundan istifadə olunaraq qızdırılmışdı.

 

Aysel Kərimova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!