25 Oktyabr, 2014
Kiyevdə rus kəşfiyyatçısı tutuldu – ŞOK

Ukraynanın paytaxtı Kiyevdə Rusiya Federal Təhülkəsizlik Xidmətinin yüksək rütbəli zabiti tutulub.

Simsar.az yerli mediaya istinadən xəbər verir ki, bu məlumatı Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin sədri Valentin Nalivayçenko deyib.

O bildirib ki, oktyabrın 23-də Kiyevdə Rusiya vətəndaşı, Moskva sakini Qreçişkin Nikolay Vasiliyeviç saxlanılıb. Onun Rusiya xüsusi xidmət orqanlarının zabiti olduğu bəlli olub.

V. Nalivayçenkonun sözlərinə görə, saxlanılan şəxsin general olması ehtimalı da var: “Əsl kimliyini gizlətmək üçün “Rosiyskiye novosti” internet-qəzetinin redaktoru kimi özünü təqdim edib. Aparılan əməliyyat zamanı ondan silah və sursat aşkarlanıb”.

Simsar.az

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!