25 Oktyabr, 2014
Azərbaycan İsveçrəyə qarşı

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi davam edir. Simsar.az xəbər verir ki, bu gün baş tutacaq növbəti oyun günündə Azərbaycan millisi İsveçrə ilə üz-üzə gələcək. Belçikanın Beringen şəhərindəki “Mijnstadion” stadionunda baş tutacaq matç yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00) başlayacaq.

Avropa çempionatının seçmə mərhələsi, 2-ci tur

Azərbaycan – İsveçrə

Baş hakim: Atenasios Giachos (Yunanıstan)

Baş hakimin köməkçiləri: Lazaros Dimitriadis (Yunanıstan), Florian Lemayre (Belçika)

Dördüncü hakim: Jan Krieken (Belçika)

UEFA nümayəndəsi və hakim-inspektor: Uno Tutk (Estoniya)

 

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!