25 Oktyabr, 2014
İranda qadınlar üsyana qalxdı

İranda qadınlara qarşı yandırıcı məhlul hücumları vətəndaşları ciddi narahat edir.

Simsar.az İran mediasına istinadən verdiyi məlumatına görə, bu hadisələrdən ən az 4 qadın görmə qabiliyyətini itirərək, ömürlük şikəst qalıb.

Qadın sürücülərə avtomobillərinin şüşələrini bağlamaları xəbərdarlığı edildikdən sonra, İranın ikinci böyük şəhəri İsfahanda qadınlar küçələrə çıxıblar.

Analoji aksiyalar Tehranda – İran parlamentinin binası qarşısında da keçirilib. Burada qadınlara qarşı törədilən məlum hərəkətlərin qarşısının alınması tələb olunub. Həmçinin, “radikallara ölüm” şuarları da səsləndirilib.

Qadınlara dəstək verən ölkə prezidenti Həsən Ruhani cinayətkarların tapılması və cəzalandırılması üçün əmr verib.

Qeyd edək ki, qadınlara qarşı kimyəvi məhlulla hücumlara Hindistanda, Pakistanda və Əfqanıstanda da rast gəlinir.

Vüsal Qarayev

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!