25 Oktyabr, 2014
Ukraynada humanitar fəlakət – 400 min şəxs evsiz qaldı

Ukraynada ölkənin şərqindəki müharibədən qaçan məcburi köçkünlərin sayı 400 minə çatıb.

Simsar.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezident Administrasiyasının humanitar siyasət idarəsinin rəhbəri Yuriy Ruban deyib.

O bildirib ki, bu rəqəm onların əlində olan rəsmi statistikadır. Əslində isə məcburi Donbass bölgəsindən - müharibədən qaçaraq, başqa yaşayış məntəqələrinə sığınanların sayı daha çoxdur.

Onun sözlərinə görə, hökumət bu insanların normal yaşayış yerləri və işlə təmin olunması üçün zəruri tədbirlər həyata keçirir.

İdarə müdiri baş verənləri humanitar fəlakət adlandırıb və məcburi köçkünlərlə bağlı probelmin həlli üçün ciddi addımlar atılacağını da söyləyib.

Simsar.az

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!