25 Oktyabr, 2014
“Real Madrid” – “Barselona” matçına doğru

Bu gün İspaniya “La Liqa”sında 9-cu turun növbəti görüşləri keçiriləcək. Simsar.az xəbər verir ki, oyun günü “El Klassiko” ilə yadda qalacaq. Əzəli rəqiblər “Real Madrid” və “Barselona” Madriddə münasibətlərə aydınlıq gətirəcəklər.

Hər iki komanda matça itkilərlə çıxacaq. Meydan sahiblərinin heyətində Beyllə yanaşı, Xese və Koentrao da katalanlara qarşı forma geyinə bilməyəcək. “Barselona” isə oyuna Duqlas, Adriano və Fermalensiz çıxacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

İspaniya “La Liqa”sı, 9-cu tur

25 oktyabr

 

21:00. “Real Madrid” – “Barselona”

“Santyaqu Bernabeu”, Madrid

 

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!