25 Oktyabr, 2014
AZAL “Bakı”ya, “Simurq” “Araz Naxçıvan”a qarşı

Bu gün Topaz Premyer Liqasında 9-cu turun növbəti görüşləri keçiriləcək. Simsar.az xəbər verir ki, oyun günündə iki qarşılaşma baş tutacaq.

Günə AZAL – “Bakı” matçı ilə start veriləcək. Turnir cədvəlində vəziyyətini yaxşılaşdırmaq istəyən rəqiblər qələbə üçün tər tökəcəklər.

Cədvəlin zirzəmisində qərarlaşan “Araz Naxçıvan” isə bu tur Zaqatalaya səfər edəcək. “Simurq”la üz-üzə gələcək Əsgər Abdullayevin yetirmələri çətin mübarizədə 3 xal qazanmaq niyyətindədirlər.

 

Topaz Premyer Liqası

IX tur

25 oktyabr (şənbə)

17:00. AZAL – “Bakı”

Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Rahil Ramazanov, Rəhim Həsənov

“AZAL Arena”

 

18:00. “Simurq” – “Araz Naxçıvan”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Mahir Məmmədov

Zaqatala şəhər stadionu

 

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!