25 Oktyabr, 2014
Vaxt dəyişikliyinin əleyhinə çıxdılar - SORĞU

Oktyabrın 26-da qış vaxtına keçidlə əlaqədar Fransada da saatların əqrəbləri bir saat geri çəkiləcəkdir.

Fransızların vaxt dəyişkənliyinə münasibəti öyrənmək üçün “Opinionüay” təşkilatı mindən artıq fransız arasında rəy sorğusu keçirib.

Rəyi soruşanların yalnız 25 faizi yay və qış vaxtlarına keçidlə bağlı vaxt dəyişkənliyini müsbət qarşıladıqlarını, bu tədbirin enerji israfının qarşısını aldığını və hər bir ailənin enerjidən istifadəsinə qənaət etməyə imkan verdiyini bildiriblər.

Respondentlərin 75 faizi isə 1976-cı ildən tətbiq edilən vaxt dəyişkənliyinin insanların, xüsusilə yaşlı adamların və uşaqların səhhətinə pis təsir göstərdiyini, yuxusuzluq və iştaha pozğunluğu tək ağır hallar yaratdığını diqqətə çatdırıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!