25 Oktyabr, 2014
Qəza edən sürücülər dalaşdı - Xəsarət alanlar var - FOTO

Bakının Nərimanov rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

APA TV-nin məlumatına görə, qəza zamanı Xeyrulla İbadovun idarə etdiyi "Opel"lə Taleh Orucovun idarə etdiyi "VAZ 2106" toqquşub.  Qəza zamanı "Opel"in sürücüsü və "VAZ 2106" da olan iki sərnişin xəsarət alıb. Qəzadan sonra sürücülər arasında mübahisə düşüb. Taleh Orucov dəmir alətlə Xeyrulla İbadovun boğaz nahiyəsinə vuraraq onu yaralayıb. Yaralılar  təcili yardım vasitəsi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıblar.

Xəstəxanaya sərxoş halda gələn Taleh Orucov isə, deyilənlərlə razılaşmayıb.  Sərxoş olduğunu etiraf edən Xeyrulla İbadovun sözlərinə görə, qəzadan sonra heç nədən xəbəri olmayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!