24 Oktyabr, 2014
Gəncədə yataqxanada güclü yanğın

Gəncə-Şəmkir şosesinin birinci kilometrliyində, Heydər Əliyev park kompleksinin yaxınlığında yerləşən yataqxanada güclü yanğın baş verib.

Simsar.az APA-ya istinadən xəbər  verir ki, yanğın hadisəsi 3 saylı Peşə liseyinin yataqxanasında baş verib. Hadisə yerinə 13 yanğınsöndürən maşın cəlb olunub. Tez bir zamanda yanğının qarşısı alınıb. Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, ümumi sahəsi 1040 kvadratmetr olan yataqxananın çardaq hissəsinin 850 kvadratmetr hissəsi yanıb. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb. Sakinlər yanğın zamanı binadan təxliyə olunub. Məlumata görə yataqxanada 12 ailə məskunlaşıb ki, onların arasında məcburi köçkünlərdə var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!