24 Oktyabr, 2014
Toy yasa çevrildi - Ağcabədidə

Bu gün axşam saatlarında Ağcabədi rayonunda bədbəxt hadisə baş verib.

Simsar.az APA-ya istinadən xəbər verir ki, rayonun Hindarx kəndində toy mərasimi yas mərasiminə çevrilib. Belə ki, kənd sakini, 32 yaşlı Məmmədov Niyaməddin Nahid oğlu öz toyunda oynayan zaman səhhəti qəfil pisləşib. Dərhal xəstəxanaya aparılan N. Məmmədov yolda keçinib. N. Məmmədovun yaxınları əvvələr onun səhhətində heç bir problemin olmadığını bildiriblər.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!