14 Aprel, 2011
Sabiq prezident 18 cinayətdə günahlandırıldı

Onu Səudiyyə Ərəbistanından geri qaytarmağın qanuni yolları araşdırılır

Tunis hakimiyyəti sabiq prezidenti Zeynəl Abidin bin Aliyə qarşı 18 maddə üzrə ittiham irəli sürüblər.

APA-nın məlumatına görə, sabiq prezident qətl törətməkdə, dövlətə qarşı çıxmaqda, qanunsuz əmlak əldə etməkdə və narkotik maddələrin qanunsuz dövriyyəsinin təşkilində ittiham olunur. Ümumilikdə sabiq prezidentə və ailə üzvlərinə qarşı müxtəlif epizodlar üzrə 44 cinayət işi başlanıb. Hazırda Tunis hakimiyyəti sabiq prezidenti Səudiyyə Ərəbistanından geri qaytarmağın qanuni yollarını araşdırır. Artıq bununla bağlı İnterpola rəsmi müraciət olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!