24 Oktyabr, 2014
Hadı Rəcəbli: "Bu prosesdən sonra savadlı həkimlə savadsız həkim bilinəcək"

"Səhiyyə sistemində icbari tibbi sığortaya keçid çox mürəkkəb, çətin islahatdır. Bütün dünyada bu prosesə keçid birmənalı olmayıb".

Simsar.az-ın məlumatına görə, bu fikirləri Yeni azərbaycan Partiyasının saytına açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, tibbi sığorta bütün cəmiyyəti əhatə etməlidir. Amma cəmiyyətdə müxtəlif təbəqələrin mövcudluğunu nəzərə alsaq, onlara fərqli yanaşma da olmalıdır. Onun sözlərinə görə, bu səbəbdən də Azərbaycan hökuməti bu istiqamətdə dünya təcrübəsi geniş şəkildə öyrənməkdədir.

"Bütün hallarda məqsəd odur ki, insan xəstələnəndə onun qayğısını dövlət və sığorta öz üzərinə götürsün. Eyni zamanda, bu prosesdə tibb müəssisələri, həkimlərlə bağlı işlər görüləcək. Təbii ki, sığorta sisteminə keçəndən sonra həkimlərin əməkhaqları daha da artacaq, savadlı həkimlə savadsız həkim bilinəcək. Ümumiyyətlə, burada kompleks məsələlər var ki, öz həllini tapacaq. Amma bu proses çox mürəkkəb olduğu üçün bu sistemə keçid zaman tələb edir"- deyə, komitə sədri vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!