24 Oktyabr, 2014
Konsulluğa göndərilən zərf həyəcan yaratdı

Kanadadakı İstanbul konsulluğuna göndərilən zərf həyəcana səbəb olub.

Simsar.az-ın məlumatına görə, zərfin içindən sarı rəngli tozun çıxması ilə əlaqədar konsulluğa polis çağırılıb. Polis hadisə yerində təhqiqat aparması üçün kimyəvi maddə mütəxəssislərini çağırıb.

Konsulluğun əməkdaşları binadan çıxarıldıqdan sonra xüsusi qoruyucu kostyumlu mütəxəssislər zərfin içindəki sarı tozu araşdırmağa başlayıblar.

Bu hadisədən bir qədər sonra Belçikadakı İstanbul konsulluğuna da analoji zərf göndərilib. Kim tərəfindən göndərildiyi məlum olmayan bu zərfin içində də sarı toz aşkarlanıb. Burada da konsulluqdakı insanlar çölə çıxarılıb. Sarı tozun hansı maddə olduğu isə aparılan araşdırmalardan sonra məlum olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!