24 Oktyabr, 2014
"Volkswagen" əhalini çaşdırır - Nazirlikdən AÇIQLAMA

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı “Volkswagen” markalı “Polo Sedan” və “Tiguan” modelli avtomobillərin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib.

Nazirlikdən Simsar.az-a verilən məlumata görə, həmin reklamlarda “Volkswagen” markalı “Polo Sedan” və “Tiguan” modelli avtomobillərin digər avtomobil markalarından üstünlüyü fikrini yaradan “Polo Sedan - gündəlik ehtiyaclarınızın ən ideal həlli” və “Tiguan - yolda və yolsuzluqda ən etibarlı dostunuz” məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunub. Bununla əlaqədar həmin avtomobillərin satışını həyata keçirən “Euro Style LTD” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Araşdırmalar davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!