24 Oktyabr, 2014
İŞİD silahlıları Kobanidə – FOTO – VİDEO

İŞİD Suriyanın Kobani şəhərinin yüzdə 40-ını ələ keçirdiyini iddia edib. Və buna sübut kimi silahlılarının Kobani küçələrində rahat-rahat gəzmələrinin videosunu paylaşıb.

Simsar.az xəbər verir ki, görüntülərdə bom-boş qalmış küçələrdə gəzən və divarlarda açdıqları dəliklərdən keçərək mövqelərinə gedən militanlar görünür. Bundan başqa videonu çəkən şəxs, eyni zamanda İŞİD mövqelərini bombalamaq üçün qəsəbənin üzərindən keçən ABŞ B1-B qırıcısını da çəkib.

Ən diqqət çəkən məqam isə, şəhərin işğal olunmuş ərazisində yolların boş olmaması, nəqliyyatın normal axınıdı.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!