24 Oktyabr, 2014
Bakıda qətl törədildi

Bakıda qətl hadisəsi baş verib.

Sabunçu Rayon  Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Maştağa qəsəbəsində, Savalan yeni yaşayış massivində “Göl” deyilən ərazidə qeydə alınıb.

Bakı şəhər sakinləri, 1996-cı il təvəllüdlü Asim Etibar oğlu Bünyatov və 1994-cü il təvəllüdlü  Yarəli Ağadadaş oğlu Dadaşov aralarında yaranan münaqişə zəminində  1992-ci il təvəllüdlü Röyal Müzəffər oğlu Nəcəfova çoxsaylı bıçaq zərbələri yetirərək qətlə yetiriblər.

Hadisəni törədən şəxslər tutulub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi alıb, araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!