24 Oktyabr, 2014
Qobustanda ölümlə nəticələnən qəza

Qobustan rayonunun Cəngi kəndində ölümlə nəticələnən yol nəqiliyyat hadisəsi baş verib.

Simsar.az xəbər verir ki, oktyabrın 23-də saat 18 radələrində Bakı şəhər sakini Tahir Ağayevin idarə etdiyi “VAZ-2124” və Cəyirli kənd sakini Alxan Məmmədovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

T. Ağayev hadisə yerində ölüb, sərnişini – həyat yoldaşı Nadejda xəstəxanaya yerləşdirilib.

Hadisəylə bağlı araşdırma aparılır.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!