24 Oktyabr, 2014
İstanbulda tələbələr arasında dava düşüb

İstanbul Universitetində tələbələr arasında dava olub. Trend-in cümə günü "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, davanın səbəbi dəqiq məlum deyil.

İlkin məlumata görə, dava bəzi islamçı tələbələrin dini şüarlar səsləndirməsindən sonra baş verib.

Hadisə nəticəsində 17 tələbənin saxlanıldığı bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!