24 Oktyabr, 2014
“İkisi də terror təşkilatıdır” - ƏRDOĞAN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kobani mövsuzu və əraziyə peşmərgələrin girişi ilə bağlı danışıb.

Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Kobani mövzusu ilə bağlı çıxışında sərt iddialar səsləndirib. Ölkə başçısı çıxışı zamanı İŞİD-in əlinə keçən yardım paketi ilə əlaqəli də mövqeyini bildirib:

“PYD və İŞİD terror təşkilatının əlinə keçən silahlara Türkiyənin baxışı müsbət deyil. Buna baxmayaraq, bu işi Amerika görüb”.

Daha sonra "PYD ilə PKK-nın eyni statusda və hər ikisinin terror təşkilatı olduğunu ABŞ Prezidenti Obamaya telefon danışıqlarında söylədim. Bu səbəbdən PYD-yə edəcəyiniz yardım bir terror təşkilatına getməkdədir”, - deyə Ərdoğan bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!